Bugün İçərişəhərin qədim qala divarlarının “Restavrasiya” adı altında yenidən tikilməsi nəticəsində tariximizə böyük ziyan vurulur. Bəs bunlara nə
olub axı?! Bunlar da cahildi? Srağagün YUNESKO-nun siyahısına əlavə elətdirdikləri abidənin bu gün anasını ağladırlar! Hüseynqulu xanın Sisianovu öldürdüyü yerde parking üçün bina tikirlər. Gözüvüzə girsin, yer qəhətdi elə bil. Bakıda hal qoymayıblar. Son 20 ilde sökülən tarixi və memari əhəmiyyəti olan binaların sayı, bolşeviklərin bütün hakimiyyəti dövründə sökülən abidələrdən çoxdur. Onlar rus idilər, yenə də deyim “cəhənnəmə”. Sökdükləri qədər də binalar tikdilər Bakı üçün. Məsələn, Hazırkı, “Hökumət Evi”, “Respublika Sarayı”, “Bakı Metropoliteni” və s. Continue Reading
Artıq neçə gündür ki, ölkədə Taksi fəaliyyətinin göstərilməsi ilə bağlı Taksi sürücülərinin etiraz aksiyası davam etdirilir. Onların şikayətinə isə Nəqliyyat Nazirliyi əhəmiyyət belə vermir. Həmişə olduğu kimi şərəfini itirmiş Azərbaycan telekanalları da buna səssizlik nümayiş etdirirlər.
Səhərdən axşamacan mövzusu efirdə yalnız əxlaqsızlıq, “Toy olsun”, “Onun Yarısı” kimi, ictimai çəkisi olmayan verilişləri nümayiş etdirirlər. Mən artıq buna təəccüblənmirəm. Çünki simasını itirmiş bir qurumdan nəsə gözləmək sadəlöhvlükdür. Continue Reading
Son bir neçə gündə sosial şəbəkələrdə, xüsusən də facebook-da bu il 22-26 mayda Eurovision-da planlaşdırılan mavilərin yürüşü ilə əlaqədar yaman hay-küy qoparılmışdır. Xüsusən də virtual olaraq hamı asıb-kəsir. Birinə deyən yoxdur ki, iş əmələ gələndə nə edəcəksiniz? Hamınız qorxunuzdan qaçıb toyuq hininə girəcəksiniz. Gənc dostlarımızdan Kənan Qasımlı da bu həngaməyə bir sakitlik gətirmək üçün bir maraqlı yazı yazdı və adı da “Yazı vətənşüvənlərəə… Gey olmağım gəldi lap idi”. Yazını çox bəyəndim. Bu yazını da ona dəstək olmaq və sözünə qüvvət olaraq yazıram. Continue Reading
Cəmiyyətin problemləri artıq insanımızı boğaza yığıb. Hamının daxilində potensial bir etiraz formalaşıb. Amma bizim insanımızda hələ də qorxunun xofu vardır. Bunu dəf etmək olduqca çətindir. Hamı kimisə qorxaqlıqda ittiham edir. Amma bəlkə onun özü də qorxaqdır və bununla da hər gün rastlaşdığı problemlərin stresini özündən kənarlaşdırmaq istəyir. Axı kənarda düşmən axtarmaq və düşmən obrazı formalaşdırmaq geniş yayılmış praktikadır.
Continue Reading
The WordPress.com stats helper monkeys prepared a 2011 annual report for this blog.
Here’s an excerpt:
A San Francisco cable car holds 60 people. This blog was viewed about 1,300 times in 2011. If it were a cable car, it would take about 22 trips to carry that many people.
Əvvəla ondan başlayım ki, Yeni ili keçirilməsinə loyal münasibətim var və bunu əyləncənin bir növü hesab edirəm. Bəzi ağzıgöyçəklər başlayacaqlar ki, bəs bu Xristian bayramıdır, nə bilim bizim milli mentalitetimizə ziddir falan. A balam, əylənmək üçün də nəsə milli olmalıdırmı? Məncə yox. Əminəm ki, kimsə əylənərkən bunları düşünmür. Kimsə də bunıarı düşündüyünü iddia edirsə deməli o, boğazdan yuxarı danışır. Continue Reading
Hər zaman bu hallarla rastlaşırıq. Normal, sivil qaydalarla deyilən sözü çətin qəbul edirik. Amma konkret təhqiredici söz deyildikdə hər iki mənada təsiredici effektə malik olur.
Sizə təqdim edəcəyim bu şəkillər Bakının Kürdəxanı qəsəbəsində çəkilib. Həmin ərazi köhnə fabrikin qarşısıdır. Hazırda orada heç bir istehsalat prosesi getmir. Həmişə də yolum o tərəfdən keçir. İndiyənək gördüyüm ancaq bir qalaq zibil olmuşdur. Orada yaşayan insanlar isə bundan təngə gəlmişdilər. Ediləcək heç bir çarə qalmamışdı… Continue Reading
Düzü bu haqqda çoxdandır ki, yazmaq istəyirdim. Amma çifayda ki, bir vaxt edib yazıya başlaya bilmirdim. Deməli, mənim bütün uşaqlığım Bakının Kürdəxanı kəndində keçib. Bir kənd uşağı kimi əsas vaxtımı kəndin küçələrində məhlə uşaqları ilə keçirirdim. Əsas diqqətimiz də ki, həmişəki kimi qonşumuzdakı gəlin-qaynana davalarına qulaq asmaq idi. Bu davanı bizə maraqlı edən isə bu iki fenomen arasında cərəyan edən dialoq idi. Nə az, nə çox, bu dialoqda sişahi xalq ədəbiyyatımızın bütün nümunələri yad edilirdi. Continue Reading
İlk öncə bu xəbəri Azadlıq radiosunun internet saytında gördüm və oxudum. Daha sonra Azadlıq radiosunun jurnalisti Esmira Cavadovanın dekabrın 14-də Xocasənin Sulutəpə yaşayış massivində əhalinin evlərinin sökülməsi ilə bağlı hazırladığı operativ xəbər diqqətimi cəlb etdi. Amma məni maraqlandıran isə günü-gündən inkişaf edən, regionda analoqu olmayan ölkəmizin aparıcı telekanallarının (üzr istəyirəm telekanalizasiyaları red. N.Q.) bir yeri çatmadı ki, bunu işıqlandırsın. Continue Reading





