Milli mentalitetin gözətçiləri
Son bir neçə gündə sosial şəbəkələrdə, xüsusən də facebook-da bu il 22-26 mayda Eurovision-da planlaşdırılan mavilərin yürüşü ilə əlaqədar yaman hay-küy qoparılmışdır. Xüsusən də virtual olaraq hamı asıb-kəsir. Birinə deyən yoxdur ki, iş əmələ gələndə nə edəcəksiniz? Hamınız qorxunuzdan qaçıb toyuq hininə girəcəksiniz. Gənc dostlarımızdan Kənan Qasımlı da bu həngaməyə bir sakitlik gətirmək üçün bir maraqlı yazı yazdı və adı da “Yazı vətənşüvənlərəə… Gey olmağım gəldi lap idi”. Yazını çox bəyəndim. Bu yazını da ona dəstək olmaq və sözünə qüvvət olaraq yazıram.Görünən odur ki, bir para insanlar sanki mentalitet gözətçisi kimi başımızın üstünü kəsdiriblər və özlərinin ağılllı məsləhətlərini verməklə məşğuldurlar. Bu günlərdə bu məsələrlə bağlı yazıları oxuyanda qarşıma dostunuz Etibar Salmanlının paylaşdığı bir karikatura çıxdı. İndi də onu sizlərə təqdim edirəm. Diqqətimi çox çəkdi. Sözün qısası bu mənə yeni bir ideya verdi.
Əsl bizim mentalitet gözətçilərinə yaraşan şəkildir. Bizim mentalitet əzabkeşləri də şəkildəki itlər kimi yaman adət-ənənələrinə bağlıdırlar. Nə isə başınızı çox ağrıtmaq istəmirəm. Deməyim odur ki, biz də rahat yaşamaq istəyirik. Əl çəkin də qəmişinizi bizdən. Sizin “mənalı” və “ağıllı” məsləhətlərinizə ehtiyacımız yoxdur…




öpürəm qardaşım! bu vətənşüvənlərin adam olması üçün birlikdə mübarizə aparmalıyıq)
Haqlısan, Kənan. Hətta deyirəm ki, zəli kimi yaxamızdan yapışıblar. Heç olmasa əl çəksinlər..
şəkildən istifadə üçün sənə təşəkkür edirəm!
Sənin bu şəklin lap yerinə düşdü…
eşq olsun BİZ-ə!!!
NIcat eshq olsun
“vetenshuvenler” lap yerine dushub……..
Fərzəli, çox sağ ol. Vallah həyati-vacib məsələlər qalarkən bunlar başımıza mentalitet gözətçisi dikilib. Hələ vcətənşüvənliklərindən də geri qalmırlar…