Azərbaycan telekanallarının şərəfini itirdiyi an
Artıq neçə gündür ki, ölkədə Taksi fəaliyyətinin göstərilməsi ilə bağlı Taksi sürücülərinin etiraz aksiyası davam etdirilir. Onların şikayətinə isə Nəqliyyat Nazirliyi əhəmiyyət belə vermir. Həmişə olduğu kimi şərəfini itirmiş Azərbaycan telekanalları da buna səssizlik nümayiş etdirirlər.
Səhərdən axşamacan mövzusu efirdə yalnız əxlaqsızlıq, “Toy olsun”, “Onun Yarısı” kimi, ictimai çəkisi olmayan verilişləri nümayiş etdirirlər. Mən artıq buna təəccüblənmirəm. Çünki simasını itirmiş bir qurumdan nəsə gözləmək sadəlöhvlükdür. Amma yenə də azad media bu ölkədə öz fəaliyyətini davam etdirməkdədir. Obyektiv TV-nin, Azadlıq radiosunun və digər online medianın fədakar əməkdaşları, o cümlədən bizim dostumuz Vəfa Nağı o çarəsiz insanların problemlərini işıqlandırmışdır. Etiraz aksiyasından hazırlanmış kadrlara baxarkən cavan taksi sürüsünün dediyi irad da haqlı idi. Sitat: “Hanı bu ölkənin televiziya kanalları? Hamısı Toy olsunu çəkir”…
Doğurdan da haqlı iraddır. Axı internet televiziyanın auditoriyası elə də böyük deyildir. Hardadır Azərbaycanın özünü media adlandıran kəsimi? Onlar ancaq isti qucaqda oturmaqla dallarını böyütməklə məşğuldurlar. Bunlara başqa söz tapmaq da mümkün deyildir…
Yanvarın 19-da ANS guya sürücülərin problemlərini işıqlandırmaq üçün “Günəbaxan” verilişinə onları çağırmışdır. Amma görünən isə başqa idi. Konkret olaraq İlqar söhbəti fırladır. Camaata söz deməyə imkan vermir. Sual vermək adı altında sözlərini kəsir. Camaat məmur özbaşınalığından əziyyət çəkir. Ölkənin sahibinə müraciət etmək istəyənin isə səsini kəsir. Mehriban Əliyevaya, Prezidentə müraciət etmək olmaz bəyəm? Sürücü yaxşı bilir ki, Nəqliyyat Nazirinin mətbuat Xidməti onun problemini həll etməyəcəkdir. Yeganə yol, bunlardan daha yüksək vəzifədə olana şikayət etməkdir. Ona görə də Azərbaycanın ən utancverici kəsimi olan telekanalizasiya tam bir ŞƏRƏFSİZLİK və ƏXLAQSIZLIQ yuvasıdır…



