Tarixi irsimizin keşikçiləri
Bugün İçərişəhərin qədim qala divarlarının “Restavrasiya” adı altında yenidən tikilməsi nəticəsində tariximizə böyük ziyan vurulur. Bəs bunlara nə
olub axı?! Bunlar da cahildi? Srağagün YUNESKO-nun siyahısına əlavə elətdirdikləri abidənin bu gün anasını ağladırlar! Hüseynqulu xanın Sisianovu öldürdüyü yerde parking üçün bina tikirlər. Gözüvüzə girsin, yer qəhətdi elə bil. Bakıda hal qoymayıblar. Son 20 ilde sökülən tarixi və memari əhəmiyyəti olan binaların sayı, bolşeviklərin bütün hakimiyyəti dövründə sökülən abidələrdən çoxdur. Onlar rus idilər, yenə də deyim “cəhənnəmə”. Sökdükləri qədər də binalar tikdilər Bakı üçün. Məsələn, Hazırkı, “Hökumət Evi”, “Respublika Sarayı”, “Bakı Metropoliteni” və s.Bu başsız memarlar, özbaşına bina tikdirən uşaq-muşaq Bakıda hal qoymadılar. Hamısına nifrət edirəm. Təzə tikdikləri binalarla bərabər! Nə olsun ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfirləridilər… Bir işə yaramayandan sonra nə fayda. Bundan sonra hansı üzlə tarixi-mədəni irsin qorunmasından danışırlar.
P.S. Sonda isə sizi mərhum haqq şairimiz Baba Pünhanın şe`ri ilə baş-başa buraxıram. Əgər Baba Pünhan indiki hoqqaları görərdisə, əminəm ki, bu qədər yumşaq cavab verdiyi üçün çox peşman olardı… Deməyə söz tapmıram, bircə əmin olduğum odur ki, ermənilər Bakıya bu qədər zülm eləməmişdilər…



