Ebi və Şadmehr Əqili – Royaye-mən


Dostumuz İlhamiz Quliyev Ebi və Şadmehr Əqilinin Royaye-mən mahnısını tərcümə edib. Mən də həmin tərcüməni fars musiqisinə yaxın olan biri kimi öz bloqumda post edirəm. Ara-sıra özüm də tərcümə edib post edirəm bloqda.

Ebi və Şadmehr Əqili Royaye-mən

Ebi və Şadmehr Əqili
Royaye-mən

Continue reading

Quymaq – qışın səhər yeməyi


Bildiyimiz kimi qıış günləri gəlib. Bu da öz növbəsində müəyyən xəstəliklərə yol açıb. Nə lazım bizə? Yaxşıca qidalanmaq. Ona görə də evdə kalorili yeməkləri hazırlamamız gərəkir. Mən də arada işdən vaxt edəndə, istirahət günlərində mətbəxə keçib özüm üçün bir şeylər hazırlayıram. Bu artıq bir hobbi halını almışdır. Bu dəfə də qışın yeməyi olan Quymağı sizə təqdim etmək istəyirəm.

Continue reading

Günümüzün bərbad olunmasına səbəb olanlar!


Bəli, mən yenə də adi günümü yaşayıram. Amma bugün qərara gəldim ki, bu monotonluğu pozum. İş vaxtının bitməsinə az qalmış işdən çıxdım. Üzü şəhərə doğru yol aldım. Son bir neçə vaxtın da mənfiliyi yığılmışdı. Bunları dağıtmaq, ən əsası da sosiallaşmaq lazım idi. Nə yalan deyim ey. Kürdəxanıda sakit və rahat, stressiz yaşasam da, burada danışmağa bir nəfər də tapmaq mümkün deyil. Qaqaşlar öz məhlə söhbətləri ilə, yerdə qalan kişili-arvadlı isə hamı qeybət etməklə məşğuldular. Bunlarla nə danışasan? Ona görə də bizi anlayan çevrə ilə birlikdə olmaq lazımdır.  Continue reading

Standart 1 gün.


Günümüzün standartları məni yaman sıxır. O qədər standartam ki, hər şeydən əl çəkmək istədim lap. İlk ağlılma o gəldi ki, uzun illərdir işlətdiyim və heç deaktiv olmadğım Facebook-u bağladım. Bu mənə bir az ağır gəldi. Amma bu addımı atdım. Düzü oradakı müzakirələrdən bezdim. Bəlkə də bu virtuallıqdan kənara çıxmaq üçün atılan addım idi. Bunu zaman göstərəcək.

İşim də standartdır. Gündəlik olaraq müştərilərin kaprizləri ilə məşğul olmaq və s. Bugün də işdən sonra adi bir kənd toyuna getdik. Kənd toyunun nəyi də olmasa yaxşı yeməyi olur. Əvvəllər də qeyd etdiyim kimi kabab olmayan toya getmirəm. Bu dəfəni fərqli edən isə bizim qrup daha hörmətli şəxslərdən ibarət idi. Ona görə də daha yaxşı baxdılar bizə. Necə deyərlər “xozeyin” adamlarıq. ))) Nə isə, toyda kababla babat “mestni” araqdan vurduq. Yəqin ki, bu da mənə səhər paxmel verəcək. Evə gələndə isə lap hövsələdən çıxdım. Necə deyərlər, toya maşınla gələsən, evə isə piyada gedəsən. Hansısa nəslini “yad etdiyim” maşınını elə park edib ki, mən dalandan çıxa bilmədim. Yəqin hardasa vurub, yatıb qalıb. Necə deyərlər, mən də suyum süzülərək evə qayıtmalı oldum. 

Evə qayıdanda da yerli arağın təsirindən yuxu tutdu məni. İndi də gecənin bir aləmidir, bilmirəm nədənsə, cin vurmuş adam ki, oyanmışam. Tərslikdən yuxu da gəlmir. Belə həyatin amına koymayasan nə edəsən? 

Azərbaycansayağı “ölmədən öncə edə biləcəyiniz 313 şey”-ə söz ardı


Xalqın iğid blogger oğlu Etibar Salmanlı Azərbaycansayağı “ölmədən öncə edə biləcəyiniz 313 şey” adlı bir blogpost ilə çıxış edib və biz bloggerlərə pası ötürüb. Nə isə, mən də bu çağırışa qoşulub klaviaturaya barmaqlarımı kökləyib yazmağa başlayıram.

Bu ölkədə yaşayan bir fərd olaraq biz daim müxtəlif zadlarla qarşılaşırıq. Azərbaycansayağı “ölmədən öncə edə biləcəyiniz 313 şey” dedikdə ağlımıza nə gəlir düşünsək, o qədər fərqli fikir gələr ki, heç şeytanın ağlına bunlar gəlməzdi. İlkin olaraq bunlardan başlamaq olardı:

1. Mütləq gəlinən toylara gedin. Yoxsa getməsəz qohumlar bir toyda, bir yasda deyəcəklər toyuma gəlmədi.

2. Azərbaycanlılar səyahətə pul xərcləmir. Amma sən bu tilsimi sındır və mütləq səyahətə çıx.

3. Bu səyahətdə də özünə istədiyin kimi xərclə. Təki hər şey ürəyincə olsun.

4. Özünə lazım olan şəraiti qurana qədər çalış.

5. Çalışarkən də öz əyləncəndən kənar qalma.

6. Evdəkilərə çox da fikir vermə. Nə danışsalar da özləri üçün danışacaqlar.

7. Öz sevdiyinin qədrini bil. Tapdınsa, əldən buraxma. Daim qayğısına qal.

ETC.

Hələlik ağlıma gələn bunlar oldu. Gəldikcə də yazacam. Yetər ki, Etibarlı Mənbənin başlatdığı bu silsilə yazıları sən də davam etdir. İnanıram ki, maraqlı yazılar alınacaq.

Əsən qalın. Uca Şirvin sizi qorusun!

Siavash Ghomayshi – Pərəndeyi mohacer (“Didərgin quş”)


Fars dilli musiqilərə olan münasibətim bəllidir. Ara-sıra bəzi musiqi parçalarını burada post edirəm. Sözlərini də qismən Siavash Ghomayshiçevirməyə cəhd edirəm. Əgər hansısa səhvlər varsa da, üzrlü sayın. Bu dəfə də Siavash Ghomaysh-nin “Pərəndeyi-Mohacer” musiqisini post edəcəyəm. Çox uzatmaq da istəmirəm.

Continue reading

Standartdan rəngarəngliyə…


Həyat bəzən zibil kimi görünə bilər bizə. Amma boş vermək gərəkir. Əgər həftəsonları səninlə birlikdə oturub içməyə dostların varsa, gününü gözəl keçirə bilirsənsə nəyi dərd edirsən o zaman? Mən hər həftəsonunu həvəslə gözləyirəm. çünki o zaman tam sərbəst oluram. bütün iş qayğılarının kitab səhifəsi kimi qatlayıb qoyuram kənara. Dediyim odur ki, çox da hər şeyi ürəyinizə salmayın. Öz başına buraxın. Poxuyist həyat elə ən yaxşısıdır.  Continue reading