Yola davam!


Uzun zaman olar ki, yazmırdım. Nəsə soyumuşdum, əlim klaviaturaya yatmırdı nəsə yazmağa.

Amma son Blogginggünlər ən yaxın dostlarımın ard-arda həbs olunması mənə yenidən təkan verdi ki, yazmaq lazımdır. Nədən? Çünki o dostlarımız da sosial şəbəkələrdə aktivdirlər. Məhz bu platformadan istifadə edib öz etriazlarını bildirirlər. Hazırda hakimiyyət və onun bir yığın yaltağı ölkədə so called “facebook inqilabı” ovuna çıxıblar. Belədə heç bir dəyəri olmayan şəxslər gənc, enerjili, təhsilli gəncliyimizi həbsxanalara atır. Continue reading

Demokratiyanın gətirəcəyi siyasi mədəniyyət


İnternetdə hamı ABŞ-dakı seçkilər haqqında yazır, kimlərsə Obamanı, kimlərsə də Romnini dəstəkləyirdilər. Bu da normaldır. Ölkəmizdə normal seçki olmadığından hamı azad seçkinin acıdır. Bir gün gələcək, biz də azad seçkilərin şahidi və iştirakçısı olacağıq. Bugün Rəşad Həsənovun paylaşdığı olduqca maraqlı bir şəkillə rastlaşdım və belə bir yazı yazmağı qərar verdim. Continue reading

The Stoning of Soraya M. / Sürəyyanın daşlanması filminin təəssüratları


Bugün olduqca maraqlı, təsirli bir film izlədim. Filmin adı “The Stoning of Soraya” (Sürəyyanın daşlanmasıdır). Adətən bütün istirahət vaxtımı film izləməklə keçirirəm. Bu bir növ mədəni istirahət və hobbidir mənim üçün. Ancaq nə deyim, bu dəfə zövq almadım, çox böyük ağrı ilə filmi izlədim. Film haqqında onu deyə bilərəm ki, 1979-cu il İran İslam İnqilabından sonrakı İranın  kəndlərinin birində baş verən bir hadisə haqqındadır. Amma bu hadisə mənfur bir adət -“RƏCM” (zinaya görə daş-qalaq edilmə) haqqındadır.  Continue reading

“Bakının Mənzərəsi”


Bugün axşama yaxın işdən bir az ayrılıb yaxın bir dostumla şəhərə gəzintiyə çıxmışdıq. Nizami küçəsindəki (keçmiş Tarqovı) Xəqani Ticarət mərkəzinin yaxınlığında aşağıdakı şəkillərdəki mənzərənin şahidi oldum. Düzü buna şərh yazmaq istəmirəm. Onu sizin ixtiyarınıza buraxıram. Mən qısaca bunu “Bakının Mənzərəsi” adlandırardım. Continue reading

Dünəndən bugünə bloqlarımızın aktivliyi


Dünənki günümüz nəsə çox maraqlı və əyləncəli keçdi. Günorta Xəzər Universitetinə getdim, magistraturanın ilk dərs günü idi. Əcnəbi bir mühitdə oxumağın da bir sıra üstünlükləri var. Kafedra müdirimiz Riçard Rossesaunun Qloballaşmadan (Globalization) dərsi var idi. Dərsə gəldiyimdə Almaniyadan gəlmiş iki nəfər tələbə ilə tanış oldum. Onlar bakalavr pilləsində təhsil alır, bir semstr mübadilə proqramı çərçivəsində bizim Xəzər Universitetinə oxumağa gəliblər. 2 ard-arda olan dərs maraqlı keçdi. Continue reading

Gəlinləri məhv edən qaynanalar


Bu sosial hadisə tarixən ən drammatik olanı hesab olunur. Gəlin-Qaynana münasibətləri kimi mürəkkəbi olmayıb bizim Azərbaycan cəmiyyətində. Adətən şəhərdə böyüyən insanlar bunların əksərən elə də çox şahidi olmur. Bina evində olursan. Bağlı qapılar arasında qalan hadisələr çox adama bilinmir. Mən  isə bu cür hadisələrin çox şahidi olmuşam. Bakı ətrafı kəndlərdə yaşadığımdan belə davalar günümüzün adi bir hissəsinə çevrilmişdi. Continue reading

Aysel və Elgünün nişanını qeyd edərkən


Bugün mənim üçün həqiqətən də gözəl günlərdən idi. Uzun müddət idi ki, belə sevincli xəbər almırdım. İki ən taxın dostum – ElgunAyselin nişanlanması xəbərini facebook-da alandan sonra qərarlaşdıq ki, bugün onları bir daha yaxından təbrik edək. Ona görə də “Gənclər Klubu” İctimai Birliyi olaraq qərar verdik ki, həmişəki iclaslarımızı etdiyimiz Far Centr-də bir daha toplanaq və bu iki yaxın dostumuzu, təşkilatın hər iki üzvünü bir daha təbrik edək.  Continue reading

Ev şəraitində çörəyin hazırlanması


Əvvəla nədən başlayacağımı heç bilmirəm. Bayaqları yaxın dostumuz Jalənin paylaşdığı – Pomidor-Yumurta reseptini gördükdən sonra mənim yadıma ABŞ-da Work and Travel Proqramı zamanı hazırladığımız yeməklər düşdü. O zaman biz əsas gücümüzü fantaziyaya vermişdik. Çünki günorta zamanı həddən çox Fastfood yediyimizdən səhər və axşam yeməyi zamanı əsas gücü ev yeməklərinə verirdik. Bir növ mədəmizin qeydinə qalırdıq.  İndi də ağlıma belə reseptlərdən biri gəldi. Hər bir yemək yeyərkən bizə lazım olan çörəyin hazırlanma qaydası. Deyəcəksiniz ki, nədən çörək? Bütün səbəblər aşağıda izah olunub. 🙂 Continue reading

Aləmi bəzər, özü lüt gəzər!


Azərbaycan xalqı çox istedadlı xalqdır. Tarixən özümüzdən başqa hamının işinə yaramışıq. Hətta əsrin əvvəlində 1905-ci il inqilabının ən təsirli məqamı Bakı fəhlələrinin tətili idi. Məhz Bakı fəhlələrinin izdihamlı çıxışları Çar imperiyasını silkələdi. Buna heç zaman şübhə etmədik.  Amma həmişə digər xalqları ruhlandırmaq olmaz axı? Bircə dəfə də özümüzə də köməklik edək. Məşhur atalar məsəlində deyildiyi kimi, “Aləmi bəzər, özü lüt gəzər” misalı tam bizə uyğundur. Vicdan da dinin yarısıdır axı? Bu günlərdə interdentdə rastıma çıxan bir hadisə məni bu haqqda yenidən düşünməyə vadar etdi. Continue reading

Florian Farewell Party-dən təəssüratlarım


Bugün Gənclər Klubu İctimai Birliyi Almaniyanın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Florian Pötterin diplomatik missiyasının başa çatması münasibəti ilə Florian Farewell Party təşkil etdi. Tədbirin təşəbbüskarı kimi yaxın dostumuz Zaur Əkbər idi. İşçi qrupu da Pərvin Quliyevin rəhbərliyi ilə gözəl bir iş ortaya çıxartmışdılar. Tədbiri cəlbedici edən cəhətlərdən biri də uzun müddət tədbirlərdən uzaq qaldığım üçün bunun sayəsində çoxdan görmədiyim dostlarımı yenidən görmək şansı əldə etmiş oldum. Həqiqətən də göəl bir gün yaşadım. İctimai-siyasi sferada tanınmış şəxslərin hamısı orda idi. Həmçinin ölkədəki diplomatik missiyaların nümayəndələri ilə də maraqlı söhbətlər oldu. Ölkədəki mövcud durumu da bir daha nəzərlərinə çatdırdıq. Artıq onlar da burada nələrin olduğunun fərqindədilər.

Continue reading