The Stoning of Soraya M. / Sürəyyanın daşlanması filminin təəssüratları


Bugün olduqca maraqlı, təsirli bir film izlədim. Filmin adı “The Stoning of Soraya” (Sürəyyanın daşlanmasıdır). Adətən bütün istirahət vaxtımı film izləməklə keçirirəm. Bu bir növ mədəni istirahət və hobbidir mənim üçün. Ancaq nə deyim, bu dəfə zövq almadım, çox böyük ağrı ilə filmi izlədim. Film haqqında onu deyə bilərəm ki, 1979-cu il İran İslam İnqilabından sonrakı İranın  kəndlərinin birində baş verən bir hadisə haqqındadır. Amma bu hadisə mənfur bir adət -“RƏCM” (zinaya görə daş-qalaq edilmə) haqqındadır.  Continue reading